“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hələ ki, müdafiəçi Alessandro Bastoninin İtaliyanın “İnter” klubundan transferinə razılıq verməyib. Bu barədə jurnalist Matteo Moretto sosial media platformasında məlumat verib.

“Məşqçi Hans Flikin son təsdiqi gözlənilir. Deku üçün bu, müdafiəni gücləndirmək yolunda prioritet olacaq. Flik hazırda müdafiəçinin bəzi texniki keyfiyyətlərini qiymətləndirir”, – deyə Moretto yazıb.

Bir müddət əvvəl verilən məlumata görə, 27 yaşlı Alessandro Bastoninin “İnter”dən “Barselona”ya transfer haqqının 50-60 milyon avro arasında ola biləcəyi bildirilirdi. “Transfermarkt” müdafiəçinin dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Shares: