Nəhəng “Sky” şirkəti təxminən 1 milyard funt-sterlinq dəyərində müqavilə imzalayaraq, 2034-cü ilə qədər Böyük Britaniyada Formula 1-in yayım hüquqlarını özündə saxlayıb. Bu barədə “Daily Mail Sport” məlumat verib.
Hazırkı müqavilə 2029-cu ilə qədər qüvvədə idi, lakin hər iki tərəf “Apple”ın Amerika yayım modelindən imtina edərək uzunmüddətli bir razılaşma əldə etməkdə maraqlı olub. 2025-ci ilin oktyabr ayında “Apple”, 560 milyon funt sterlinq dəyərində müqavilə çərçivəsində beş il müddətinə ABŞ-də Formula 1-in eksklüziv yayımçısı olmuşdu. Məhz bundan sonra “Sky” rəhbərliyi Böyük Britaniya və Avropadakı mövqeyini qorumaq üçün F1-in baş direktoru Stefano Domenikali ilə danışıqları intensivləşdirmişdi.






