Polşanın “Yagelloniya” klubunun hücumçusu Afimiko Pululunun “Neftçi”yə keçidi baş tutmaya bilər.

Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, buna səbəb anqolalı forvardın başqa ölkədən təkliflər almasıdır.

Belə ki, Yunanıstan Super Liqasının bir neçə klubunun Afimiko ilə maraqlandığı vurğulanır. 27 yaşlı oyunçunun yayda azad agent statusu alması “Neftçi” kimi yunanları da həvəsləndirib. Futbolçu özü fərqli ölkədə oynamaq və avrokuboklarda çıxış etmək arzusundadır.

Qeyd edək ki, “Bazel”in yetirməsi olan Afimiko Pululu 2023-cü ildən “Yagelloniya”nın formasını geyinir.

Shares: