Misli Premyer Liqasının 31-ci turu çərçivəsində sabah “Qarabağ” “Qəbələ”nin qonağı olacaq.

Futbolinfo.az xəbər verir ki, bir vaxtlar çempionluq uğrunda ağdamlıların əsas rəqibi sayılan “qırmızı-qaralar” indi fərqli amal – çempionatda qalmaq uğrunda yarışır.

Qəbələdəki qarşılaşma yubiley xarakterli olacaq. Çünki komandalar çempionat çərçivəsində 65-ci dəfə qarşılaşacaq. Bunun 38-də “Qarabağ” qələbə qazanıbsa, “Qəbələ”nin aktivində cəmi 10 qalibiyyət olub. Ağdamlılar bu komandaya artıq 100-dən çox qol (108) vurubsa, “Qəbələ” bunun hələ yarısına çatmayıb (48).

“Qarabağ” üçün uğurlu seriyalardan biri komandanın son 12 duelin hamısında “Qəbələ”nin qapısına yol tapması olub. Ümumiyyətlə isə “Qəbələ” son 26 görüşdə qalibiyyət üzü görməyib. “Qırmızı-qaralar” axırıncı dəfə 9 il əvvəl – 2017-ci ilin oktyabrında dogma arenasında “Qarabağ”dan 3 xalı 1 qolla almışdı. Son 26 matçın 21-də ağdamlılar qələbə qazanıb, 5 qarşılaşmada isə “sülh” pozulmayıb.

Qeyd edək ki, sabah keçiriləcək oyun saat 17:00-da başlayacaq.

Shares: