Bolqarıstanda yerləşən “Botevqrad Arena”da “Hapoel” ilə “Real” arasında Avroliqanın 1/4 final seriyasının 4-cü matçı keçirilib. İspaniya komandası 87:81 (23:21; 23:15; 17:17; 24:28) hesabı ilə qalib gələrək “Dördlər finalı”na vəsiqə qazanıb.
“Hapoel”in amerikalı mərkəz basketbolçusu Daniel Oturu 29 xal, 7 ribaund və 1 məhsuldar ötürmə ilə oyunun ən yaxşısı olub. Usman Qaruba 16 xal və 6 ribaundla “Real”ın heyətində digərlərindən seçilib.
Xatırladaq ki, turnirin son çempionu “Fənərbağça”dır. Bu il “Dördlər finalı”na artıq “Olimpiakos” vəsiqə qazanıb. Digər iki vəsiqənin sahibi bu gün müəyyənləşəcək.






