MBA-da konfrans yarımfinallarında ikinci oyunlar keçirilib.

Detroytda “Pistons” ikinci dəfə “Klivlend Kavalers”ə qalib gəlib – 107:97. Keyd Kanningem meydan sahiblərinin heyətində 25 xal toplayıb. Həmçinin onun aktivində 10 asist var. Qonaq komandada Donovan Mitçel 31 xal yığıb.

“Oklahoma Siti Tanders” də seriyada hesabı 2:0-a çatdırıb. Bu dəfə də “Los Anceles Leykers” son çempiona qarşı heç nə edə bilməyib – 125:107. Meydan sahiblərində Aleksander və Holmqren hərəyə 22 xal toplayıblar. Qonaqlarda isə Ostin Rivs 31 xalla yadda qalıb.

Qeyd edək ki, komandalar aarsında növbəti oyun bazar günü keçiriləcək. Bu dəfə görüşlər Klivlend və Los-Ancelesdə baş tutacaq.

Shares: