Bu gün FIA, Formula 1 və komandalar son tənzimləmə dəyişikliklərinin effektivliyini qiymətləndirmək və mümkün əlavə düzəlişləri müzakirə etmək üçün daha bir görüş keçirəcəklər (“RacingNews365”).
Mayami Qran-Prisi bir aylıq fasilə zamanı qəbul edilmiş düzəlişlərin qüvvəyə mindiyi ilk yarış olub. Bu dəyişikliklərə təsnifat mərhələsində enerji bərpa limitinin 8 MJ-dən 7 MJ-ə endirilmə, yarışlarda gücləndirmə effektinin azaldılması və superklipinq həddini 250 kVt-dan 350 kVt-a qədər artırmaq daxil idi. Startda muftanı buraxdıqdan sonra avtomobilin çox yavaş sürətlənməsi halında MGU-K-nın avtomatik olaraq aktivləşdirilməsi sistemi də daxil idi.
Məlumata görə, dəyişikliklər müsbət qarşılanıb və yarışların daha təbii hala gəldiyi güman edilir. Buna görə də, qarşıdan gələn görüşdə heç bir əhəmiyyətli dəyişiklik gözlənilmir. Buna baxmayaraq, mənbə sürprizləri də istisna etmir.






