Bir müddət öncə İsveç mətbuatında mövsümün əvvəlində “Zirə”dən “Malmö”yə keçən Salifu Sumanın yenidən Azərbaycana qayıdacağı ilə bağlı məlumatlar yayılmışdı. Onun adı həm “Zirə”, həm də “Qarabağ”la hallanırdı.

Hazırda Polşanın “Radomyak” klubunda icarə əsasında çıxış edən futbolçunun yay “transfer pəncərəsi” zamanı müqavilə imzalayacağı bildirmişdi.

Futbolçu özü isə futbolinfo.az saytına açıqlamasında bu barədə heç bir məlumatı olmadığını deyib: “Azərbaycana qayıtmaq? Bu barədə sizdən eşidirəm. Məndə hələ ki, belə bir məlumat yoxdur”.

Qeyd edək ki, Salifu Suma 2023-2025-ci illərdə “Zirə”də çıxış edib. O, bu klubun heyətində 69 oyunda 17 qol vurub. Suma mövsümün əvvəlində 1,2 milyon avro qarşılığında İsveçin “Malmö” klubuna keçib. Lakin burada karyerası yaxşı alınmadığı üçün “Radomyak”a icarəyə verilib.

Shares: