“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində yarımfinala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv bu gün 1/4 finalda Monqolustan millisini məğlub edib – 21:11.
“Ağ-qaralar” yarımfinalda ABŞ – “Ulan-Bator Amazons” (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.
Xatırladaq ki, “Neftçi” ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.






