“Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola İngiltərə Premyer Liqasında aprelin ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” ispaniyalı mütəxəssisin rəhbərliyi altında apreldə keçirdiyi hər üç oyunda qələbə qazanıb.

“Mançester Siti” “Çelsi”ni 3:0, “Arsenal”ı 2:1, “Bernli”ni isə 1:0 hesabı ilə məğlub edib.

Aprelin ən yaxşı futbolçusu mükafatını isə Morqan Gibbs-Uayt qazanıb. “Nottingem Forest”in yarımmüdafiəçisi apreldə keçirdiyi üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə verib. O, xüsusilə, “Börnli” ilə matçda etdiyi het-triklə diqqət çəkib.

Shares: