16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzub
Futbolinfo.az xəbər verir ki, komanda Rumıniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə görüşdə 1:7 hesabı ilə uduzub.
Daha əvvəl yığma Litvaya 1:4 hesabı ilə məğlub olmuşdu.
Görüşlər Binə stadionunda keçirilir.
Xatırladaq ki, U-16 mayın 11-də, saat 12:00-da isə Gürcüstanla üz-üzə gələcək.






