Bu gün Misli Premyer Liqasında 32-ci tura start veriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk gündə iki oyun baş tutacaq.
“Karvan-Yevlax” “Qəbələ”ni qəbul edəcək. Autsayderlərin oyununu Əli Əliyev idarə edəcək.
Günün digər oyunu “Araz-Naxçıvan”la “Kəpəz” arasında keçiriləcək. Bu görüşün baş hakimi Rəşad Əhmədov olacaq.
“Şamaxı” – “Turan Tovuz” və “Qarabağ” – “İmişli” oyunları mayın 16-da, “Zirə” – “Sumqayıt” və “Sabah” – “Neftçi” görüşləri mayın 17-də keçiriləcək.
Misli Premyer Liqası
32-ci tur
15 may
“Karvan-Yevlax” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli.
Yevlax şəhər stadionu, 17:00.
“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
“SOCAR Polymer Arena”, 19:30.





