“Real” gələn həftə Joze Mourinyonun baş məşqçi postuna təyinatını elan edəcək. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Madridlilər təcrünəli mütəxəssisin keçid şərtlərini artıq “Benfika” ilə razılaşdırıb. Lissabonlular təxminən 7 milyon avro məbləğində təzminat alacaqlar. Mourinyonun təyinatı barədə rəsmi elanın gələn həftə Madriddə veriləcəyi gözlənilir.
Xatırladaq ki, portuqaliyalı məşqçi 2010-2013-cü illərdə “Real”da çalışıb. Bu müddət ərzində komanda İspaniya çempionatını, ölkə kubokunu və İspaniya Superkubokunu qazanıb.






