“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində keçirdiyi ikinci oyunda da məğlub olub.

Futbolinfo.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv “Amsterdam”la (Niderland) qarşılaşıb.

Görüş Niderland təmsilçisinin 18:15 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Neftçi” bu gün keçirdiyi ilk matçda Taylanda 14:19 hesabı ilə uduzmuşdu.

Shares: