Simone Inzaqi mövsümün sonunda “Əl-Hilal”dan ayrılacaq. İtaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı çempionatının 2025/2026 mövsümündə son matçından sonra komandanı tərk edəcək.

50 yaşlı baş məşqçinin gedişinə səbəb yay transfer pəncərəsində edilən bahalı transferlərin gözləntiləri doğrultmaması, həmçinin klubda sahib dəyişikliyinin baş verməsidir.

İndzaqi 2025-ci ilin iyunundan “Əl-Hilal”ı çalışdırır. O, komanda ilə keçirdiyi 51 oyunda 37 qələbə qazanıb, 12 heç-heçə edib və cəmi 2 dəfə məğlub olub.

Hazırda “Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 81 xalla ikinci pillədə qərarlaşıb. Son tur ərəfəsində lider “Əl-Nəsr”in aktivində isə 83 xal var.

Shares: