Milli Hokkey Liqasında bütün yarımfinalçılar bəlli olub. Son vəsiqənin taleyi Buffaloda həllini tapıb.
Seriyanın 7-ci oyununda “Monreal Kanadiens” səfərdə 3:2 hesabı ilə qələbə qazanıb. Həlledici şayba overtaymda vurulub. Bununla da Kanada təmsilçisi “Karolina Harrikeyns”in rəqibi olub.
Yarımfinal oyunlarına Qərb konfransında start veriləcək. “Kolorada Evelanş” öz meydançasında “Veqas Qolden Nayt”ı qəbul edəcək.
Xatırladaq ki, Stenli Kubokunun son qalibi “Florida Panters”dir. Bu il komanda pley-offa vəsiqə qazana bilməmişdi.






