Fransanın paytaxtında mövsümün 2-ci “Böyük dəbilqə” turniri başlamaq üzrədir. Artıq təsnifat mərhələsinin oyunları keçirilir. Gələn həftə isə əsas yarışlara start veriləcək.
Ənənəvi olaraq çempionluğa əsas namizədlərin adları açıqlanır. Bukmekerlərin fikrincə, kişilərin yarışında Yannik Sinner əsas favoritdir. Onun Fransada çempionluq əmsalı 1,35-dir. Bu da 70% gerçəkləşmə ehtimalı deməkdir.
10 favorit arasında ikinci yerdə Novak Cokoviç gedir. Həmçinin, Aleksandr Zverev də favoritlər sırasında yüksək yerdə qərarlaşıb.
Xatırladaq ki, turnirin püşkatması mayın 24-də atılacaq.






