“Barselona” və “Mançester Siti”nin keçmiş oyunçusu Yaya Ture Slovakiyanın “Slovan” (Bratislava) komandasında baş məşqçi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir. Bu barədə “Futbalové Zákulisie” nəşrinin sosial media hesabında məlumat verilib.

Komandanın məşqçi vəzifəsinə namizədlər siyahısında “Liverpul”un və Xorvatiya millisinin keçmiş oyunçusu İqor Bişçan da daxil olmaqla digər adların da olduğu bildirilir.

Ture əvvəllər “Tottenhem ” akademiyasında çalışıb, Belçikanın “Standard” və Səudiyyə Ərəbistanı milli komandalarında köməkçi-məşqçi işləyib.

“Slovan” 2025/2026 mövsümündə Slovakiya çempionluğunu qazanıb. Komanda Çexoslovakiya titulları da daxil olmaqla 27 dəfə ölkə çempionu olub.

Shares: