“Bayern”in kapitanı Manuel Noyer 2026-cı il Dünya Çempionatında milli komandanın əsas qapıçısı olacaq. Bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman telefon danışığı zamanı yığmanın digər  qapıçısı Oliver Baumana deyib.

Bu barədə məlumatı insayder Florian Plettenberq sosial mediada paylaşıb.

Əgər baldır zədəsi pisləşməsə, Noyer komandanın əsas qapıçısı olacaq. Bu, əlbəttə ki, Baumannı məyus edir. Lakin o, Dünya Çempionatında ehtiyat qapıçı kimi çıxış etməyə hazırdır.

Manuel Noyerin milli komandaya çağırılmasının təfərrüatları yaxın günlərdə müzakirə olunacaq.

Shares: