“Bornmut” İngiltərə Premyer Liqasının 37-ci turunda “Mançester Siti” ilə heç-heçə edərək (1:1) Avropa Liqasına vəsiqə qazanıb.

Futbolinfo.az xəbər verir ki, klub 127 illik tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək.

Hazırda ispan məşqçi Andoni İraolanın çalışdırdığı “albalılar” altıncı yerdədir və bu da onlara Avropa Liqasına vəsiqə qazandırır. Eyni zamanda, “Bornmut”un Çempionlar Liqasına vəsiqə qazanmaq üçün riyazi şansı hələ də var.

2025/2026 mövsümünün son matçında “Bornmut” səfərdə “Nottingem Forest”lə qarşılaşacaq.

Shares: