Azərbaycanın yeniyetmə oğlan cüdoçulardan ibarət millisi Rusiyanın Xabarovsk şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Futbolinfo.az xəbər verir ki, hazırlıq prosesində 5 cüdoçu iştirak edib.

Xatırladaq ki, idmançılar daha əvvəl Xabarovskda Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə mübarizə aparıblar.

Azərbaycan cüdoçuları yarışı 1 qızıl və 1 bürünc medalla tamamlayıb.

Shares: