Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) tərəfindən AAF-a müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.

Futbolinfo.az xəbər verir ki, artıq bölgələrdə yerləşən klub və məktəblərin avadanlıqla təminatı yekunlaşıb.

Həmin mərkəzlərdə təhvil verilən avadanlıqlarla məşqlər davam etdirilir.

Gənclər və İdman Nazirliyi Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbi, həmçinin “Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubu” ictimai birliyinə beynəlxalq standartlara uyğun ştanq dəsti təhvil verilib. Bildirilib ki, yaxın günlərdə Bakı və Sumqayıtda yerləşən məktəblərin də avadanlıqla təminatı reallaşdırılacaq.

Shares: