“Çelsi”nin baş məşqçisi Xabi Alonso London klubuna təyinatı barədə danışıb.

“Mən həmişə bu seçimə açıq olmuşam. Bu, gözəl bir layihədir. Komandanın avrokuboklarda oynayıb-oynamayacağının heç bir mənası yoxdur. “Çelsi” əla bir layihədir, çox yaxşı bir seçimdir. Təklif göndəriləndə çox düşünmədim. Bir qədər götür-qoy etdim və bu variantın əla olduğunu anladım”, – deyə Xabi Alonso “El Chiringuito TV”yə verdiyi müsahibədə bildirib.

Mütəxəssis həmçinin Joao Pedro, Enzo Fernandes və Mark Kukurella kimi digər klubların oyunçulara marağı barədə də danışıb. Onun sözlərinə görə Londonda gözəl bir komanda qurulacaq.

Shares: