İyunun 6-dan etibarən Bakıda 2013-2014-cü il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli turnir keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, Binə stadionunda təşkil olunacaq yarışda Misli Premyer Liqası klubları və ödənişsiz oyunçu qəbul edən akademiyalar istisna olmaqla digər komandalar iştirak edə biləcəklər.
Olimpiya sistemi əsasında baş tutacaq turnirdə məğlub olacaq komandalar yarışdan kənarlaşdırılacaqlar.
Qeydiyyat üçün son tarix 2 iyun 2026-cı il olaraq müəyyən edilib.
Turnirdə iştirak etmək istəyənlər göstərilən elektron ünvan vasitəsilə qeydiyyatdan keçə bilərlər: elchin.gadirov@affa.az
Oyunlar aşağıdakı formatda təşkil olunacaq:
9×9 formatı
Yarım meydança
40 dəqiqəlik oyun vaxtı (20 dəqiqə hər hissə)






