Rusiyalı fiqurlu konkisürən Veronika Jilina Rusiya Fiqurlu Konkisürmə Federasiyasından (FFKKR) Azərbaycan milli komandasında yarışmaq üçün icazə alıb.

Rusiya Fiqurlu Konkisürmə Federasiyasının (FFKKR) İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında 18 yaşlı idmançıya icazə verilib.

Veronika Jilina gənclər arasına Rusiya çempionu (2019, 2020), Slovakiyada keçirilən Gənclər Qran Prisinin qalibi (2021), Rusiya Gənclər Çempionatının gümüş medalçısı (2023), Gənclər Qran Prisinin Fed Kuboku Finalının qalibidir (2023).

Shares: