Rafael Benites yenə işsiz qalıb. İspan mütəxəssisin Yunanıstan karyerası qısa çəkib.

Ötən ilin oktyabrında “Panatinaikos”a baş məşqçi təyin olunan təcrübəli mütəxəssis ümidi doğrultmayıb. Bu səbəbdən onunla bitən müqavilənin müddəti uzadılmayıb. Bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb.

66 yaşlı çalışdırıcının rəhbərliyi altında komanda bütün turnirlərdə 41 oyun keçirib. “Panatinaikos” bu matçlarda 20 qələbə qazanıb, 11 heç-heçə edib, 10 dəfə uduzub. “Panatinaikos” Yunanıstan çempionatını 4-cü pillədə başa vurub.

“Valensiya”, “Liverpul”, “Real” kimi komandalarda işləmiş Benitesin yenidən vətənində iş axtaracağı yazılır.

Shares: