Azərbaycan milli komandasının müdafiəçisi Rüfət Abbasov “Neftçi”yə keçəcəyi ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirib.
Futbolinfo.az saytına açıqlama verən müdafiəçi hələlik bu keçidin rəsmiləşmədiyini sözlərinə əlavə edib:
“Şamaxı” ilə müqaviləmin müddəti başa çatıb. Yeni klubumla bağlı rəsmi nəsə yoxdur. Doğrudur, təkliflər var, amma hər şeyə yaxın 2-3 gündə aydınlıq gələcək”.
Qeyd edək ki, Rüfət Abbasovun “Neftçi” ilə müqavilə imzalayacağı deyilir.






