Ötən gün “Qarabağ”dan “Bursaspor”a transfer olunan Azərbaycan millisinin futbolçusu Toral Bayramov tezliklə yeni klubu ilə münasibətləri rəsmiləşdirəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı sol cinah müdafiəçisi yaxın günlərdə rəsmi müqaviləyə qol çəkmək üçün Bursaya yollanacaq. Lakin Toral yeni komandasına bir qədər gec qoşulacaq. Çünki futbolçu mayın 28-də millimizin düşərgəsinə qatılacaq. Bayramov yalnız Avstriya toplanışı başa çatdıqdan, yəni iyunun 10-dan sonra “Bursaspor”la məşqlərə başlayacaq.
Qeyd edək ki, “Bursaspor” növbəti mövsüm Türkiyənin I Liqasında çıxış edəcək.






