“Sabah”ın qapıçısı Stas Pokatilovun taleyinə aydınlıq gəlib.
Futbolinfo.az “AmanVIBE”yə istinadən xəbər verir ki, Qazaxıstan millisinin qolkiperi növbəti mövsüm də karyerasını Azərbaycanda davam etdirəcək. Çünki 33 yaşlı futbolçu iyunun 30-dək olan müqaviləsini daha bir il uzadacaq. “Sabah”la “Qızıl dubl” edərək tarixi nailiyyətə imza atan Pokatilovla rəhbərlik arasında sözləşmənin yenilənməsi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Stas Pokatilov geridə qala mövsüm bütün yarışlarda 35 oyun keçirib.






