“Qarabağ” müdafiənin sol cinahını legionerə tapşıracaq. Ağdamlılar bu mövqeyə yeni oyunçu tapıb.

Futbolinfo.az xəbər verirki, “Qarabağ”ın konkret kiminlə razılaşdığı hələ bəlli deyil. Amma yeni transferlə bağlı bütün məsələlər həll olunduğu üçün klub rəhbərliyi Toral Bayramovun “Bursaspor”a gedişinə icazə verib.

Bu mövqedə çıxış edən Elvin Cəfərquliyevin satışa çaıxarılması da səbəbsiz deyil. Cəzalandırılaraq əvəzedici heyətə göndərilən müdafiəçi bağışlanmayacaq.

Hazırda “Qarabağ”da bu mövqedə yalnız qışda transfer edilən Jeremi Qnali var. Baş məşqçi Qurban Qurbanov onu yalnız rəqabəti artırmaq üçün gətirib. Bu mövqedə daimi heyət üzvü olacaq oyunçu isə tezliklə transfer ediləcək.

Shares: