Keçmiş Formula 1 pilotu Mika Salo Tailandın paytaxtında tətildə olarkən bıçaqlanıb.

59 yaşlı finlandiyalı sürücüyə ötən həftə hücum edilib. Hadisə Banqkokda insanlarla dolu bir küçədə baş verib.

“Otelə qayıdırdım. Ayağımda yüngül bir zərbə hiss etdim. Təxminən 50 metr sonra bir kişi mənə qanaxma olduğunu dedi. Taksi ilə xəstəxanaya getdim, həkim əzələyə 8, dəriyə isə 20 tikiş qoydu. İndi hər şey yaxşıdır”, – deyə Salo sosial mediada yazıb.

Finlandiyalı 1994-cü ildən 2000-ci ilə qədər, eləcə də 2002-ci ildə Formula 1 yarışlarında iştirak edib. O, “Lotus”, “Ferrari” və digər komandalarda sürücülük edib. Salonun ən yaxşı nəticəsi 1999-cu ildə Almaniya Qran-Prisində ikinci yeri tutması olub.

Shares: