Uşaqlar Fondu – 2026 üçün UEFA Avropanın 29 təşkilatına 1 milyon avro vəsait ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu pul həssas vəziyyətdə olan uşaqlara dəstək kimi istifadə ediləcək.

Qərarlar UEFA Fondunun İdarə Heyətinin iclasında təsdiqlənib. Seçilən təşkilatlar UEFA-ya üzv assosiasiyaların tövsiyələri əsasında müəyyənləşdirilib. Ümumilikdə 1 milyon avro qaliblər arasında bərabər bölünəcək və hər bir təşkilat təhsil, sağlamlıq, inklüzivlik və uşaqların qorunması kimi sahələrdə fəaliyyətlərini davam etdirmək üçün 34 min 482 avro alacaq.

Seçilən ölkələr arasında Azərbaycan da var. Belə ki, Azərbaycan, İngiltərə, Şotlandiya, Şimali İrlandiya, İrlandiya, İtaliya, Almaniya, Macarıstan, Portuqaliya, Xorvatiya, İsveç, Kosovo və Rumıniyadan olan layihələr seçilənlər sırasındadır.

Shares: