Mövsüm başa çatar-çatmaz “Şamaxı” ilə yollarını ayıran Karim Rossi karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolinfo.az saytının məlumatına görə, isveçrəli hücumçu Misli Premyer Liqası klublarının diqqət mərkəzindədir.

32 yaşlı forvardın xidmətində ən çox maraqlı olan klub isə “Qarabağ”dır. Ağdam təmsilçisi hələ mövsümün gedişindən Rossinin çıxışı izləyir. Hazırda azad agent statusu daşıyan futbolçu növbəti mövsümü məhz “Qarabağ”ın heyətində keçirə bilər.

Qeyd edək ki, Karim Rossi geridə qalan mövsüm ölkə çempionatında keçirdiyi 31 oyunda 10 qol vurub. “Zirə” onunla maraqlansa da, tərəflər anlaşa bilməyib.

Shares: