“Qazaxıstan və Azərbaycan iki fərqli ölkədir və fərqli mədəniyyətə malikdirlər. Mentalitet də başqadır”. Futbolinfo.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”dan yenicə ayrılan Andrey Demçenko vesti.kz-ya müsahibəsində deyib.

O, iki ölkənin çempionatını müqayisə edib: “Azərbaycanda çoxlu keyfiyyətli legioner var və bu, çempionatın səviyyəsini artırır. Demək olar ki, bütün komandaların heyətində legionerlər çıxış edir. Qazaxıstanda isə bütün klublar keyfiyyətli legioner transfer etməyə imkan tapmır, amma oranın da özünəməxsus xüsusiyyətləri və rəngi var”.

Qazaxıstanda “Jenis”i çalışdırmış ukraynalı mütəxəssis Çempionlar Liqasında çıxış etmiş “Kayrat”la “Qarabağ”ı da müqayisə edib. Onun sözlərinə görə, komandaların oyun üslubu fərqlidir və buna görə hansının daha güclü olduğunu demək çətindir: “Bunlar oyun üslubuna görə tam fərqli komandalardır, onları müqayisə etmək düzgün deyil. “Qarabağ” Çempionlar Liqasında növbəti mərhələyə yüksəldi, “Kayrat”da isə bu alınmadı. Amma komandaların gücü barədə nəticə çıxarmaq istəməzdim”.

Demçenko “Sabah”la “Qızıl dubl” edən qazaxıstanlı qapıçı Stas Pokatilov haqqında da fikirlərini bölüşüb: “Pokatilov “Sabah”ın əsas qapıçısı idi və klubun həm çempionatda, həm də ölkə kubokunda qələbə qazanmasına böyük töhfə verdi. Stas çox yaxşı qapıçıdır və tərifə layiqdir”.

Shares: