“Qəbələ”nin hücumçusu İsmael Akinadenin futbolinfo.az saytına müsahibəsi
– Pley-off matçında “Mingəçevir”ə qalib gəldiniz. Matçı necə dəyərləndirirsən?
– Nəsə deyə bilmərəm, qələbə qazandıq, başqa yolu yox idi. Bütün mövsümümüz bu oyundan asılı idi.
– Rəhbərlik komandanın buralara gəlməməli olduğunu deyir…
-Öz oyunumuza baxsaq, bu mövqedə olmamalıyıq. Daha yaxşı yerlərdə ola bilərdik. Amma bu futboldur, çılğın şeylər ola bilər. Keçmişi dəyişə bilmərik, önümüzə baxmalıyıq.
– Yenə çoxlu şansları boşa verdiniz. Bu bəladan necə qurtarmağı düşünürsüz? Lənət limidir sanki?
-Bəli, problemdir. Mən oyunun ikinci yarısında oynadım. Hər ikisində çoxlu şanslar oldu. Bunun üzərində mütləq işləmək lazımdır.
– Bu yaxşı oyunu növbəti mövsüm davam etdirib daha yaxşı nəticələrə imza atacaqsız?
-Əlbəttə ki, çox yaxşı oynayırıq. Oyunların 75 faizində üstün olmuşuq, amma nəticə qazana bilməmişik. İnşallah gələn mövsüm nəticə də olacaq.
– “Qəbələ”də qalacaqsan?
-Gələn mövsüm də klubla müqaviləm var, hazırda “Qəbələ”nin oyunçusuyam. Amma futbolda bir gün içərisində hər şey dəyişə bilir.
FƏRİD






