İtaliya A Seriyasına yüksələn 3-cü komanda da müəyyənləşib. Bu ötən gecə B seriyasında pley-off mərhələsinin cavab oyunundan sonra dəqiqləşib.
Elitaya vəsiqə uğrunda qarşılaşmada “Monza” və “Katanzaro” komandaları üz-üzə gəlib. Görüş “Katanzaro”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda “Monza” eyni hesabla qalib gəldiyi üçün pley-offun ümumi hesabı bərabərləşib – 2:2.
Turnirin reqlamentinə əsasən, bu mərhələdə əlavə vaxt və penalti seriyası keçirilməyib. B Seriyasında mövsümü rəqibindən daha yüksək pillədə (3-cü yer) başa vuran “Monza” çempionatı 5-ci sırada bitirən rəqibini qabaqlayaraq elitaya vəsiqə qazanıb.
“Monza” ötən mövsüm B Seriyasına düşmüşdü.
Xatırladaq ki, “Venetsiya” və “Frasinone” B Seriyasında ilk iki pillənin sahibi kimi elitaya vəsiqə qazanıb.






