Növbəti mövsüm Fransa çempionatının yüksək liqasında iştirak edəcək sonuncu klubun adı məlum olub.

Liqa 1-in 16-cısı “Nitsa” Liqa 2-də üçüncü yeri tutan “Sent Etyen”lə pley-offda üz-üzə gəlib. Tərəflər arasındakı ilk matçda hesab açılmamışdı. İkinci görüşdə rəqibi üzərində böyük hesablı qələbə qazanan (4:1) “Nitsa” Liqa 1-dəki yerini qoruyub.

Shares: