Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni transfer olunduğu “Bursaspor”un yeni mövsümlə bağlı hədəfi müəyyənləşib.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı klub prezidenti Enes Çelik açıqlama verib.
O, klubun 63-cü ildönümünə həsr olunan tədbirdə çıxışında Superliqaya vəsiqə uğrunda mübarizə aparacaqlarını bildirib: “II Liqadan I Liqaya yüksəldik. Ancaq növbəti mövsüm həmin çempionatın sıradan iştirakçısı olmaq istəmirik. Elə buna görə də önəmli transferlər həyata keçiririk. Azərbaycan millisinin önəmli futbolçularından olan Toral Bayramov və kolumbiyalı Yuergen Elitim artıq bizimlədir. Ancaq bununla kifayətlənməyəcəyik”.
Bildirilir ki, “Bursaspor”un növbəti transfer hədəfləri kosovolu Bersant Selina və konqolu müdafiəçi Çarles Pikeldir.






