Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin iyunun 5-də Malta yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşü öncəsi təşkil olunacaq mətbuat konfransının və açıq məşqinin vaxtı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov iyunun 4-də Bakı vaxtı ilə saat 19:30-da media nümayəndələri qarşısına çıxacaq. Bir saat sonra isə millimizin açıq məşqi olacaq.
Qeyd edək ki, “Haladaş” stadionunda keçiriləcək Azərbaycan – Malta matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.






