Yunanıstanın “Panatinaikos” klubunun idman direktoru Stefanos Kotsolis açıqlama verib. Futbolinfo.az saytına danışan Afina təmsilçisinin rəsmisi Azərbaycan yığmasının və “Qarabağ”ın üzvü Elvin Cəfərquliyevlə maraqlandıqlarına dair xəbərlərə aydınlıq gətirib.
O, futbolçuya rəsmi təklif göndəriklərini təkzib etsə də, Elvini tanıdığını bildirib: “Bəli, Elvin Cəfərquliyevi tanıyırıq. Yaxşı futbolçu olduğunu bilirik. Amma onu transfer etməyimizlə bağlı xəbərlər doğru deyil”.
Stefanos Kotsolisin açıqlaması təzadlı görünür. “Panatinaikos” klubunun rəsmisi Elvini tanıyırsa, bunu hansısa maraqlar səbəbindən edib. Görünən odur ki, yunanların Elvinə maraq göstərməsi doğrudur.






