Moldova millisinin və Madrid “Atletiko”sunun keçmiş qapıçısı Horasiu Moldovan “Qarabağ”a təklif olunub.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, onun meneceri Ağdam klubu ilə danışaraq futbolçunun Azərbaycanda çıxış edə biləcəyini deyib. Lakin “Qarabağ” tərəfi bu təklifdən imtina edib. Buna səbəb isə heyətdə iki qapıçının – Fabian Buntiç və Mateus Koxalskinin olmasıdır.

Qeyd edək ki, Horasiu Moldovan 2024-cü ildə Madrid “Atletiko”suna transfer olunub. Lakin o əvvəlcə, “Sassuolo”ya, daha sonra isə “Ovyedo”ya icarəyə verilib.

Shares: