“Karvan-Yevlax”ın futbolçusu Kayl Spens komandadan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, şotlandiyalı vingerin yeni klubu da məlumdur.

O, “Makkabi” (Petah-Tikva) ilə anlaşıb. Bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu başa çatan mövsüm “Karvan-Yevlax”da 34 oyuna çıxıb, 3 qol vurub və 6 qol ötürməsi edib.

Shares: