“Ferrari” Formula 1-də pilot maaşlarına ən çox vəsait xərcləyən komanda statusunu ələ keçirib. Bu, Şarl Leklerlə yeni müqavilənin imzalamasından sonra reallaşıb.
Yeni razılaşmadan sonra İtaliya təmsilçisinin pilot heyətinə ayırdığı illik büdcə 100 milyon avronu ötüb.
Qeyd edək ki, yeddiqat dünya çempionu Lüis Hemilton cari mövsümdə təxminən 60 milyon avro qazanır. Əvvəlki müqaviləyə əsasən, illik 34 milyon avro əməkhaqqı alan Leklerin maaşının isə yeni müqavilədən sonra 50 milyon avroya yüksəldiyi bildirilir.
Müqayisə üçün qeyd edək ki, pilot maaşlarına görə ikinci sırada yer alan “Red Bull” ümumilikdə 75 milyon avro xərcləyir. Bu məbləğin təxminən 70 milyon avrosu isə dördqat dünya çempionu Maks Ferstappenin payına düşür.






