Sabah yoldaşlıq görüşü çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Malta yığmasının yarımmüdafiəçisi Teddi Teumanın futbolinfo.az saytına müsahibəsi
– Sabah Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcəksiniz. Bu oyun haqqında fikirləriniz nədir?
– Ümid edirəm ki, yaxşı oyun olacaq. Güclü komandaya qarşı oynayırıq, amma məşqlərdə üzərində işlədiyimiz şeyləri meydanda göstərməli və müsbət nəticə əldə etməliyik. Futbolda hər şey mümkündür, oyun istənilən istiqamətdə gedə bilər.
– Sizcə, hansı komandanın qalib gəlmək şansı daha çoxdur? Kağız üzərində Malta millisinin heyəti daha güclü görünür…
– Kağız üzərində baxsaq, Malta FIFA reytinqində 164-cü, Azərbaycan isə 123-cü yerdədir. Buna görə də Maltanın daha güclü heyətə malik olduğu fikri ilə tam razı deyiləm. Statistik baxımdan Azərbaycan daha yüksək reytinqli komandadır və daha güclü tərəf hesab edilməlidir.
– Azərbaycan milli komandasından hər hansı oyunçunu tanıyırsınız? Ümumiyyətlə, Azərbaycan futbolu haqqında məlumatınız varmı?
– Azərbaycan futbolu ilə çox yaxından tanış deyiləm.
– Bu iki milli komanda arasında keçirilmiş əvvəlki oyunlardan hər hansı birinə baxmısınız?
– Xeyr, bu iki komanda arasında keçirilmiş əvvəlki oyunlara baxmamışam.
– Azərbaycan futbolunun ən böyük uğurlarından biri “Qarabağ” klubunun müntəzəm olaraq avrokuboklarda çıxış etməsidir. Bu klubla tanışsınızmı?
– Bəli, “Qarabağ” haqqında məlumatım var. Klub Avropa yarışlarında çox uğurlu çıxış edib və uzun illərdir yüksək səviyyədə, o cümlədən UEFA Çempionlar Liqasında müntəzəm olaraq mübarizə aparır.
AĞA






