Növbəti mövsümə hazırlığını davam etdirən “Şamaxı” heyətinə daha bir futbolçu qatıb.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, əyalət təmsilçisi “Səbail”in futbolçusu Emin Rüstəmovla anlaşıb.
Artıq tərəflər razılığa gəlib.
Lakin Emin Rüstəmovun keçidi “Şamaxı”ya havayı başa gəlməyəcək. Bölgə təmsilçisi futbolçunun keçidi üçün “Səbail”ə transfer məbləği ödəyəcək.
Məbləğin isə nə qədər olduğu bəlli deyil.
E.Rüstəmovun transferinin yaxın günlərdə açıqlanacağı bildirilir.






