“Şamaxı”da daha bir ayrılıq gerçəkləşib.

Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi Ravil Qafarovla vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.

“Şamaxı” son 10 gündə Bilal İsmayılov, Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tırkovyanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev və Sezar Enrike ilə də vidalaşmışdı.

Shares: