“Qarabağ” Futbol Klubun baş məşqçisi Qurban Qurbanov mövsümün başa çatmasından sonra yaranan fasilədən istifadə edərək Ağdama səfər edib.

Futbolinfo.az xəbər verir ki, səfər çərçivəsində baş məşqçi Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edib.

Qurban Qurbanov ziyarət zamanı “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub.

Allahverdi Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətlə yanaşı, “Qarabağ” Futbol Klubunun tarixində də xüsusi yer tutur. O, klubun fəaliyyət göstərdiyi ən çətin dövrlərdə komandanın yanında olub, Ağdam futbolunun yaşadılması və inkişafı üçün mühüm xidmətlər göstərib.

1aea0546 cef7 41f5 b494 0d8b1068a855 - Futbolinfo.az
3c823f6d f4a8 4274 b45d 0d3cfdc097d1 - Futbolinfo.az
005a0fe4 f2f0 46f8 9574 d92ec1123ba5 - Futbolinfo.az
Shares: