Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasına məğlubiyyətlə başlayıb.

Futbolinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv İsveç yığmasına uduzub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bu gün keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli növbəti matçını iyunun 7-də Estoniyaya qarşı keçirəcək.

Shares: