Rusiyada antidopinq fəaliyyətində süni intellekt texnologiyalarının tətbiqinə start verilib. Bu barədə Rusiyanın İdman Hazırlığı Mərkəzində (CSP) adaptiv və qeyri-olimpiya idman növləri üzrə direktor müavini Yevgeni Perşin məlumat verib.

Onun sözlərinə görə, İdman Hazırlığı Mərkəzi (CSP) antidopinq fəaliyyətinin prioritetlərinin müəyyənləşdirilməsi və namizədlərin siyahısının formalaşdırılması üçün özünün hazırladığı süni intellekt modelindən istifadə edən Rusiyada ilk, dünyada isə bu sahədə qabaqcıl təşkilatlardan biridir.

O bildirib ki, hazırlanmış sistem müxtəlif idman növlərini, görülən işlərin effektivliyini təhlil etməyə və potensial risk zonalarını müəyyənləşdirməyə imkan verir. Model 2026-cı ilin ikinci rübü üçün bəzi regionlar və idman növləri üzrə riskləri əvvəlcədən proqnozlaşdırıb və sonradan həmin ərazilərdə həqiqətən antidopinq pozuntuları qeydə alınıb.

Perşin qeyd edib ki, hazırda sistemin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Gələcəkdə bu platformanın neyron şəbəkə texnologiyaları əsasında daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçirilir.

Shares: