“Mançester Siti”dən ayrılan Xosep Qvardiola qolf oynamaq istədiyi məşhur simaların adlarını açıqlayıb.

İspaniyalı mütəxəssis bildirib ki, ilk növbədə 2011-ci ildə vəfat etmiş əfsanəvi ispan qolfçu Seve Ballesteros ilə eyni meydançanı bölüşmək istərdi: “Yaşasaydı, Seve Ballesterosla oynamaq istərdim. O, əsl əfsanə idi, həm şəxsiyyəti, həm də oyunu ilə insanlara ilham verirdi. Həmçinin əfsanəvi basketbolçu Maykl Cordanla qolf oynamaq istərdim. Eşitdiyimə görə, o, bu oyunda çox yaxşıdır”.

Qvardiola həmçinin keçmiş dünya bir nömrəsi olan amerikalı qolfçu Nelli Kordanın çıxışlarını da yaxından izlədiyini və onunla da oynamaqdan məmnun olacağını vurğulayıb. İspan mütəxəssis eyni zamanda etiraf edib ki, qolfda daha yüksək səviyyəyə çatmaq üçün öz üzərində ciddi işləməlidir.

Shares: